İrana PUA-lar hücum edib

2025/06/1749625810.jpg
Oxunub: 327     02:48     25 İyun 2025    
İranın şimalındakı Rəşt şəhərətrafına bir neçə pilotsuz təyyarə hücum edib.

Ordu.az ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Gilan əyalətinin qubernatorunun müavini bildirib.

"Təxminən bir saat əvvəl bir neçə pilotsuz təyyarə İranın şimalında yerləşən Rəşt şəhərinin ətrafına hücum edib", - o qeyd edib.

Qubernatorun sözlərinə görə, hücum hava hücumundan müdafiə qüvvələri sayəsində uğurla dəf olunub, bütün pilotsuz təyyarələr məhv edilib. Lakin dronların haradan göndərildiyi açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   PUA  


Bizi "telegram"da izləyin