Tramp Rüttenin şəxsi mesajını sosial şəbəkədə paylaşıb - FOTO

2025/06/1750781556.jpg
Oxunub: 470     20:12     24 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rüttenin ona göndərdiyi şəxsi mesajı "Truth Social" platformasında paylaşıb.

Ordu.az xəbər verir ki, şəxsi mesajın "Signal" messencerini xatırladan interfeys vasitəsilə göndərildiyi güman edilir.

"Bu gecə sizi Haaqada daha bir böyük uğur gözləyir. Bu, asan deyildi, lakin biz onların (NATO ölkələri - red.) müdafiə xərcləri üçün ÜDM-nin beş faizinin ayrılmasının altına imza atmalarına nail olduq.

Donald, siz bizi Amerika, Avropa və dünya üçün çox vacib bir məqama gətirdiniz. Son onilliklər ərzində heç bir ABŞ prezidentinin edə bilmədiyi şeyə nail olacaqsınız. Avropa böyük əvəz ödəyəcək və bu sənin qələbən olacaq" , - deyə Rüttenin şəxsi mesajında bildirilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rütte  


Bizi "telegram"da izləyin