Tramp: "Rusiya ilə sövdələşməyə getmək istərdim"

2025/06/1750505739.jpg
Oxunub: 477     17:42     24 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp "Rusiya ilə sövdələşmə"yə getmək istədiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə, ABŞ Prezidenti Niderlandda keçiriləcək NATO sammitinə gedən təyyarədə jurnalistlərə açıqlama verib.

"Mən buna baxmalıyam. Amma Rusiya ilə sövdələşməyə getmək istərdim. Bildiyiniz kimi, Rusiya Prezidenti Vladimir Putin mənə zəng edib. O dedi: "İranla bağlı sizə kömək edə bilərəmmi?" Mən cavab verdim: "Xeyr, mənə İranla bağlı kömək lazım deyil. Mənə sizinlə bağlı kömək lazımdır". Ümid edirəm ki, biz Rusiya ilə sövdələşmə bağlaya biləcəyik", - D.Tramp bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rusiya  


Bizi "telegram"da izləyin