MBDA “Mistral ATLAS RC” sistemini VAMTAC ST5 zirehli maşınına inteqrasiya etdi

2025/06/1750761559.jpg
Oxunub: 707     14:35     24 İyun 2025    
MBDA qısa mənzilli hava hücumundan müdafiə sistemi olan “Mistral ATLAS RC”ni ispan istehsalı olan URO VAMTAC ST5 yüngül zirehli maşınına inteqrasiya edərək mobil antidron imkanları sahəyə daşıdı.

Ordu.az xəbər verir ki, ATLAS RC uzaqdan idarə edilə bilən 360° fırlanan qülləsi və elektro-optik nişangahları ilə həm gündüz, həm də gecə effektiv vəzifə yerinə yetirə bilir. Sistem 2 və ya 4 ədəd “Mistral 3” raketi daşıya bilir, 6 km hündürlükdəki və 7,5 km məsafədəki hədəfləri vura bilir.

Yeni konfiqurasiya İspaniyada keçirilən “Dynamic Mariner/Flotex 2025” təlimində İspan Dəniz Piyadaları tərəfindən sınaqdan keçirildi. Yüngül və kompakt quruluşu ilə VAMTAC ST5 üzərinə uğurla yerləşdirilən sistem sahədən müsbət rəy aldı.

MBDA nümayəndələri bildirib: “Mistral ATLAS RC” həm əməliyyat çevikliyi, həm də şəxsi heyətin təhlükəsizliyi baxımından üstünlüklər təqdim edir”. Sistem yalnız sabit bazalarda deyil, yüksək hərəkətlilik tələb edən bölmələr üçün də effektiv bir həll təklif edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MBDA   Mistral   ATLAS   RC   VAMTAC   ST5  


Bizi "telegram"da izləyin