Tehranın “Evin” həbsxanası məhbusları köçürülüb

2025/06/1750057118.jpg
Oxunub: 283     13:43     24 İyun 2025    
İranın Tehran şəhərindəki “Evin” həbsxanasının məhbusları onların hüquqlarının müdafiəsi və xilasetmə əməliyyatlarına kömək etmək məqsədilə Tehran vilayətinin başqa həbsxanalarına köçürülüb.

Ordu.az-ın məlumatına görə, bununla əlaqədar İranın Penitensiar Tərbiyə və Maarifləndirmə Təşkilatı məlumat yayıb.

Məlumata görə, məhbusların Tehranın başqa həbsxanalara köçürülməsi prosesi İsrailin ötən gün “Evin” həbsxanasını vurmasından sonra başlanıb və başa çatdırılıb.

Məlumatda deyilir ki, görülən tədbirlər nəticəsində köçürülən məhbuslar öz ailələri ilə əlaqə saxlayıb və hansı həbsxanada olmaları ilə əlaqədar ailələrini məlumatlandırıblar.

Qeyd edək ki, ötən gün günorta saatlarında Tehranın “Evin” həbsxanasının bir hissəsi, əsasən inzibati binası İsrail tərəfindən vurulub. Bu hücumda ölən və yaralananların sayı haqda məlumat verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Evin  


Bizi "telegram"da izləyin