AEBA rəhbəri İran XİN başçısına görüş təklif edib

2025/04/1744864466.jpg
Oxunub: 292     12:53     24 İyun 2025    
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın Atom Enerjisi Təşkilatı (İAET) ilə əməkdaşlığı bərpa etməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə AEBA-nın rəhbəri Rafael Qrossi “X” sosial şəbəkəsində yazıb.

"İrandakı vəziyyətlə bağlı daxil olan məlumatları alqışlayıram. İAET ilə əməkdaşlığın bərpası uğurlu razılaşmanın açarıdır. Mən İranın xarici işlər naziri Abbas Əraqçiyə yazdım ki, bu addım nüvə proqramı ilə bağlı uzun müddətdir davam edən mübahisənin diplomatik yolla həllinə gətirib çıxara bilər və tezliklə görüşməyi təklif etdim", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   İran  


Bizi "telegram"da izləyin