Ordu.az-ın məlumatına görə, bu, İranın xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi ilə Qətərin Xarici İşlər Nazirliyində dövlət naziri Məhəmməd Bin Əbdüləziz əl-Xuleyfi ilə telefon söhbətində qeyd edilib.
Telefon söhbətində İranın xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi israil və ABŞ-nin İrana qarşı hücumlarını qınayıb və İranın regionun digər ölkələri ilə əməkdaşlıq etməsi ilə region ölkələri arasında ayrı-seçkiliyə imkan yaranmayacaq.
İranlı nazir müavini regionda gərginliyin kəskinləşməsinin qarşısının alınmasına kömək istiqamətində Qətərin rolunu və səylərini alqışlayıb.
Telefon söhbətində Qətər XİN-də dövlət naziri Məhəmməd Bin Əbdüləziz Əl-Xuləyfi də iki ölkə arasındakı əlaqələrə münasibət bildirib və deyib ki, region ölkələri sülh və sabitliyin qorunmasında birgə səy göstərə bilərlər. Bu istiqamətdə Qətər konstruktiv rolu sahib olmaqda ciddi səy göstərir.
Ordu.az