Ordu.az-ın məlumatına görə, bu, İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında öz əksini tapıb.
Bəyanatda qeyd olunur ki, 12 gün ərzində İran Silahlı Qüvvələri tam şəkildə ölkəni müdafiə edib və qarşı tərəflərə zamanında və ölçüsündə reaksiya verib. Ən son hücum isə Qətərdə ABŞ-yə məxsus “Əl-Üdeyd” hərbi hava bazası və ardınca İsrailin müxtəlif ərazilərinin raketlərlə vurulması idi.
Bəyanatda deyilir ki, İranın Silahlı Qüvvələri qarşı tərəflərin sözlərinə heç bir etibar etmədən istənilən təcavüzkar əmələ qətiyyətli cavab verməyə hazır olacaqlar.
Ordu.az