Ordu.az-ın məlumatına görə, bunu İranın Gəmiçilik Assosiasiyasının baş katibi Məsud Palme yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda dünya enerjisinin 60%-dən çoxu Fars körfəzindən hasil olunur və dünyanın müxtəlif bölgələrinə daşınır.
Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatına zərbə vuracaq və beynəlxalq hesablamalara əsasən neftin 1 barelinin qiyməti 120 dolları keçəcək.
Palme deyib ki, təbii ki, bu artım dənizlə yükdaşıma haqqını da artıracaq və dünya birjalarında şok vəziyyəti yarada bilər. Bir sözlə Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatında çox güclü zəlzələyə səbəb ola bilər.
Ordu.az