Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Renault” “Reuters” agentliyinə bildirib ki, nazirliklə danışıqlar aparılıb, lakin hələlik konkret qərar qəbul edilməyib.
“Müdafiə Nazirliyi PUA-ların istehsalının mümkünlüyü ilə bağlı bizimlə əlaqə saxladı. Müzakirələr aparıldı, lakin bu mərhələdə heç bir qərar verilməyib, layihə ilə bağlı daha ətraflı məlumat gözləyirik”, - deyə şirkət təsdiqləyib.
Fransanın xəbər portalı “Franceinfo” “Renault”nun Ukraynada PUA istehsal edəcəyini iddia edib. Müdafiə Nazirliyi bu xəbərə birbaşa cavab verməyib, məsələ ilə bağlı qərarın şirkətdən asılı olduğunu bildirib.
Sevinc Əliyeva
Ordu.az