Çinin yeni HHM sistemi Namibiyada ilk dəfə nümayiş etdirilib

2025/06/1749451942.jpg
Oxunub: 401     12:08     09 İyun 2025    
Namibiya müasir hava hücumundan müdafiə imkanları üçün Çinə yönələn Afrika ölkələrinin sayının artdığı qrupa qoşulub.

Ordu.az xəbər verir ki, Namibiya Silahlı Qüvvələri tərəfindən təşkil olunan hərbi parad zamanı ordunun inventarında yer alan və “Shaanxi SX2190” yolsuzluq yük maşını şassisində yerləşdirilmiş FB-6A qısa mənzilli hava hücumundan müdafiə sistemi ictimaiyyətə təqdim olunub.

Hərbi mütəxəssislərə görə, Çin istehsalı olan FB-6A ABŞ Ordusunun “AN/TWQ-1 Avenger” SHORAD sistemindən ilham alınaraq hazırlanıb.

Sistem hədəf aşkarlanması və izlənməsi üçün nəzərdə tutulmuş bir radar maşını və qısa mənzilli “yer-hava” raketləri ilə təchiz olunmuş buraxıcı vasitədən ibarətdir. Standart konfiqurasiyada tam bir FB-6A batareyasında bir komanda mərkəzi və səkkizə qədər raket buraxılış qurğusu olur.

Məlumatlara əsasən, sistem 500-6.000 metr məsafədəki alçaqdan uçan təyyarə və pilotsuz uçuş aparatlarını maksimum 4.500 metr yüksəklikdə vurmaq üçün nəzərdə tutulub.

Çinin Afrika müdafiə təchizatçısı kimi rolu, xüsusilə Qərb sistemlərinə nisbətən daha sərfəli alternativlərə tələbin artdığı havadan müdafiə sektorunda genişlənməyə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   HHM   Namibiya  


Bizi "telegram"da izləyin