Ordu.az xəbər verir ki, bu barədə yerli polis “X” sosial şəbəkəsində məlumat yayıb.
Polisin məlumatına görə, motosikletdə olan iki nəfər halqanı yarmağa çalışıb, nəticədə iki asayiş keşikçisi xəsarət alıb. "Hər iki sürücü saxlanılıb. Polis əməkdaşlarına hadisə yerində tibbi yardım göstərilir", - məlumatda deyilir.
Hüquq-mühafizə orqanları Los-Ancelesin əsas avtomobil yolunu boşaltmağa çalışırlar. Yerli KİV-in məlumatına görə, etirazçılar polis əməkdaşları ilə toqquşub, onlara şüşə və daş atırlar. İğtişaşçılar azı beş avtomobili yandırıblar.
Ordu.az