Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Polisinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
“Dörd ölü və doqquz yaralı dinc sakin: Donetsk polisi Rusiyanın atəşlərinin nəticələrini qeydə alıb. Bir sutka ərzində Rusiya cəbhə xətti və yaşayış massivinə 3 449 zərbə endirib", - məlumatda deyilir.
Qeyd olunub ki, 72 mülki obyekt, o cümlədən 38 yaşayış evi dağıntıya məruz qalıb, avtomobillər, təhsil müəssisələri və mağazalar zərər görüb.
Bundan başqa, 8 iyun gecə yarısından sonra Rusiya Kramatorsk, Lıman, Vısokopillya, Krınıtsya, Stepanivka, Şevçenko yaşayış məntəqələrinə 15 atəş həyata keçirib. Kramatorsda bir nəfərin yaralandığı bildirilir.
Ordu.az