“Al Jazeera”: Livan və İsrail arasında razılaşma Marko Rubionun iştirakı ilə imzalana bilər

2026/06/1782496199.jpg
Oxunub: 211     21:48     26 İyun 2026    
Yaxın vaxtlarda Livan və İsrail arasında aparılan danışıqlar çərçivəsində ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə niyyətlər haqqında bəyannamənin imzalanması gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər artıq razılaşmaların ilk mərhələsini təsdiqləyiblər. Bu mərhələ İsrail qoşunlarının iki sınaq zonasından çıxarılmasını nəzərdə tutur.

Bildirilir ki, bu addım gələcəkdə İsrail qüvvələrinin daha genişmiqyaslı və mərhələli şəkildə geri çəkilməsindən əvvəl ilkin mərhələ rolunu oynayacaq.

Gələcək razılaşmanın təfərrüatları hələ açıqlanmasa da, mənbələr hazırkı irəliləyişin sonrakı nizamlanma prosesi üçün əsas yarada biləcəyini vurğulayırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail   ABŞ  


Bizi "telegram"da izləyin