Rusiya Ukrayna hərbçilərinin cəsədlərinin ilk partiyasını mübadilə məntəqəsinə çatdırıb

2025/06/1749372590.jpg
Oxunub: 548     12:42     08 İyun 2025    
Rusiya tərəfi 2 iyun tarixində İstanbulda keçirilmiş danışıqlar çərçivəsində əldə olunmuş razılaşmalara uyğun olaraq, həlak olmuş Ukrayna hərbçilərinin cəsədlərinin ilk partiyasını mübadilə məntəqəsinə çatdırıb.

Ordu.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya danışıqlar qrupunun nümayəndəsi, general-leytenant Aleksandr Zorin məlumat verib.

Qeyd edilib ki, 1212 nəfərin cəsədlərin hamısı geyimləri və tapıldıqları ərazilər əsasında Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri kimi tanınıb: “Bu, ilk partiyadır. Ukrayna tərəfi ilə razılaşdırılmış qrafikə uyğun olaraq mübadilə nöqtəsinə çatdırılıb. Cəsədlərin bir çoxu artıq şəxsən tanınıb, lakin ümumilikdə hamısının Ukrayna hərbçiləri olduğu müəyyən edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin