Kral III Çarlzın qvardiyasına qarşı terror aktının qarşısı alınıb

2024/07/1721231206.jpg
Oxunub: 399     23:25     07 İyun 2025    
Böyük Britaniyada polis əməkdaşları Kral III Çarlzın qvardiyasına qarşı terror aktının qarşısını alıblar.

Ordu.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti mənbəyə istinadən yazıb.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Britaniya monarxını mühafizə edən hərbçilərə qarşı törədilən terror aktının qarşısını alıblar.

Belə ki, ötən həftə polis Slau şəhərində hücum və yandırma məqsədi ilə silah saxlamaqda şübhəli bilinən bir gənci saxlayıb. Daha sonra o, terror aktları hazırlamaqda ittiham olunub. Hücum edən şəxsin təkbaşına hərəkət etdiyi güman edilir.

Təhlükəsizliyə görə Koldstrim mühafizəçilərinə iki gün ərzində hərbi geyimdə kazarmadan çıxmamaq əmri verilib. Kazarma Kral iqamətgahı olan Vindzor sarayından iki addımlıqda yerləşir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kral-III-Çarlz   Qvardiya   Terror  


Bizi "telegram"da izləyin