Orban: "Avropa İttifaqı Ukraynadakı münaqişəni uzadır"

2024/11/1730885014.jpg
Oxunub: 470     20:14     07 İyun 2025    
Avropa İttifaqı Ukraynadakı münaqişəni uzadır, lakin Macarıstan atəşkəs və sülh danışıqlarına çağırır.

Ordu.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “X” sosial şəbəkəsində bildirib.

“Brüssel Ukraynanı qitəni qoruyan qalxan kimi təqdim edərək, Avropanı onillik münaqişəyə doğru sövq edir. Amma mən başqa yolla getməyi üstün tuturam: Biz gərginliyi təşviq etmək əvəzinə, danışıqlar yolu ilə atəşkəsə, sülhə və təhlükəsizliyə çağırırıq”, - deyə o bildirib.

Orban əlavə edib ki, alovun üstünə yanacaq əlavə etməklə söndürə bilməzsiniz.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban     Ukrayna  


Bizi "telegram"da izləyin