Mask Trampın Ceffri Epşteynlə əlaqələrinə dair postu silib

2025/06/1749148070.jpg
Oxunub: 470     16:08     07 İyun 2025    
Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə ABŞ Prezidenti Donald Trampın adının çəkildiyi barədə yazdığı postu silib.

Bu barədə Ordu.az Maskın “X” sosial şəbəkəsindəki hesabına istinadən xəbər verir.

Qeyd edək ki, iyunun 5-də amerikalı liderlə mübahisə zamanı “Tesla”nın təsisçisi yazıb: “Əsl bombanı partlatmaq vaxtıdır: Tramp Epşteyn işinin sənədlərində var. Məhz buna görə onlar ictimaiyyətə açıqlanmayıb”.

Bundan əlavə, o, ABŞ-nin hazırkı prezidenti və Epşteynin bir tədbirdə söhbət etdiyini göstərən 1992-ci ildə çəkilmiş video paylaşıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Tramp  


Bizi "telegram"da izləyin