Avropa Komissiyası yeni anti-Rusiya sanksiyalarını elan edə bilər

2025/06/1748968824.jpg
Oxunub: 444     15:46     06 İyun 2025    
Avropa Komissiyası iyun ayının sonuna kimi Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edə bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

“Bu yaxın günlərin məsələsidir, belə ki, ötən gün biz öz təkliflərimi Avropa Komissiyasına yönləndirmişik. O həmin təklifləri cari paketə daxil etməlidir və ümid edirəm ki, o iyun ayının sonuna kimi təqdim olunacaq”, -deyə o bildirib.

Fransalı nazir yeni sanksiyaların Rusiyanın konkret hansı iqtisadiyyat sahələrinə toxunacağını aydınlaşdırmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AK   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin