KİV: Trampın icazəsi olmadan İsrail İranın nüvə obyektlərinə zərbə endirməyəcək

2025/06/1749188363.jpg
Oxunub: 357     06:38     06 İyun 2025    
İsrail Vaşinqtonu əmin edib ki, ABŞ prezidenti Donald Tramp Tehranla danışıqların nəticəsiz qalacağına işarə etməsə, İranın nüvə obyektlərinə zərbə endirməyəcək.

Ordu.az xəbər verir ki, bu haqda “Axios” portalı İsrail hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail məsələ ilə bağlı mövqeyini ötən həftə strateji işlər naziri Ron Dermer, “Mossad” direktoru Devid Barnea və milli təhlükəsizlik müşaviri Tzaçi Hanegbi tərəfindən Vaşinqtona səfəri zamanı çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Vaşinqton  


Bizi "telegram"da izləyin