Husilər Ben Qurion hava limanına hipersonik raketlə hücum ediblər

2025/06/1749187603.jpg
Oxunub: 408     03:01     06 İyun 2025    
Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri hipersonik ballistik raketdən istifadə edərək Tel-Əvivdəki Ben Qurion hava limanına hücum edib və nəticədə hava limanında əməliyyatlar dayandırılıb.

Ordu.az xəbər verir ki, bu açıqlama ilə qiyamçıların silahlı qüvvələrinin sözçüsü Yəhya Saria çıxış edib.

"Raket qüvvələrimiz hərbi əməliyyat keçirib. Bu zaman onlar Fələstin-2 hipersəs ballistik raketindən istifadə edərək Lod hava limanını (Ben Qurion) vurublar", - o, “Al-Məsirah” telekanalında deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Ənsar-Allah  


Bizi "telegram"da izləyin