Mask ABŞ-da yeni siyasi partiya yaratmağın vaxtının çatdığını bildirib

2025/04/1744100901.jpg
Oxunub: 468     00:58     06 İyun 2025    
"Amerikada əslində orta təbəqə insanlardan təşkil olunmuş 80%-i təmsil edən yeni bir siyasi partiya yaratmağın vaxtı çatmayıbmı?"

Ordu.az xəbər verir ki, ABŞ-da Hökumətin Effektivliyi Agentliyinin (DOGE) sabiq rəhbəri olmuş məşhur iş adamı İlon Mask öz “X” hesabında bu sözləri yazaraq sorğu keçirib.

Sorğuda 2 milyona yaxın insan iştirak edib. Sorğuda iştirak edənlərin 82 %-i suala "bəli" deyərək cavab verib. 18 % isə bu fikri dəstəkləməyib.

Qeyd edək ki, Mask bu açıqlamanı ABŞ prezidenti Donald Trampla münasibətlərinin gərginləşməsi fonunda yazıb.

Tramp da Maskın administrasiyadan uzaqlaşmasından sonra aralarındakı münasibətin korlandığını etiraf edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Partiya  


Bizi "telegram"da izləyin