Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri - prezidentin köməkçisi Vladimir Medinski bildirib.
“Bizim tərəfimizdən irəli sürülmüş son təklif - Ukrayna tərəfi kifayət qədər ümumi ifadələrlə tez-tez atəşkəs zərurətindən danışdığına görə, biz konkret atəşkəs təklif etdik: cəbhənin ayrı-ayrı hissələrində iki-üç günlük”, - o deyib.
Medinskinin sözlərinə görə, bu, komandirlərin əsgərlərinin cəsədlərini götürməsi üçün edilir.
“Bunu indi bizim hərbi mütəxəssislərimiz Ukrayna mütəxəssisləri ilə birlikdə işləyəcək”, - o vurğulayıb.
Ordu.az