Ukrayna qanunsuz deportasiya edilən uşaqların siyahısını Rusiyaya təqdim edib

2022/05/20211-1652178093.jpg
Oxunub: 540     17:37     02 İyun 2025    
Ukrayna tərəfi bu gün İstanbulda danışıqlar zamanı qanunsuz deportasiya edilən ukraynalı uşaqların siyahısını rəsmi şəkildə Rusiyaya təqdim edib.

Ordu.az “Unn”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Telegram”da bildirib.

Onun sözlərinə görə, söhbət Rusiyanın qanunsuz olaraq deportasiya etdiyi, zorla köçürdüyü və ya müvəqqəti işğal olunmuş ərazilərdə saxladığı yüzlərlə uşaqdan gedir.

Yermak Rusiyadan cavab gözlədiklərini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin