Almaniya ehtiyatda olan hərbi qulluqçularla əlaqəni itirir

2025/05/1748510143.jpg
Oxunub: 612     17:14     02 İyun 2025    
Almaniyanın silahlı qüvvələrini gücləndirmək səyləri ciddi məlumatların qorunması qanunlarına görə ciddi maneə ilə üzləşir.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Almaniya Ehtiyatda Olan Hərbi Qulluqçular Assosiasiyasının rəhbəri Patrik Sensburq təxminən 1 milyon potensial ehtiyatda olan hərbi qulluqçu ilə əlaqə saxlaya bilmədiklərini deyib.

“2011-ci ildə məcburi hərbi xidmət ləğv ediləndə, bu şəxslərin məlumatları da sistemdən silinib. İndi biz onlarla əlaqə saxlaya bilmirik, bu, tamamilə dəlilikdir”, - deyə Sensburq bildirib.

Məlumatların qorunması ilə bağlı sərt mövqe Almaniyanın nasist dövrü və Şərqi Almaniya təcrübələrinə əsaslanan ehtiyatlı yanaşmasından irəli gəlir.

Avropa İttifaqı səviyyəsində məxfilik qanunları da prosesi daha da çətinləşdirir.

Almaniya yeni kansler Fridrix Mertsin müdafiə üçün qeyri-məhdud büdcə təqdim etməsindən sonra NATO-dakı rolunu genişləndirmək niyyətindədir.

Ancaq mövcud 180 min peşəkar hərbi qulluqçuya əlavə olaraq, hədəflənən 260 min nəfərlik ehtiyat qüvvə üçün insan qaynaqları böyük problem olaraq qalmaqdadır. Aktiv ehtiyatda olan hərbi qulluqçuların sayı hazırda cəmi 60 min nəfər civarındadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ehtiyat   Hərbi-qulluqçu  


Bizi "telegram"da izləyin