Ərdoğan: "Beynəlxalq aləmdə ədalətli qlobal idarəçilik mexanizminə ehtiyac var"

2025/05/1746168912.jpg
Oxunub: 433     16:05     16 May 2025    
Beynəlxalq aləmdə inamsızlıq böhranının aradan qaldırılması üçün ədalətli və əhatəli qlobal idarəçilik mexanizminin yaradılmasına ehtiyac var.

Ordu.az xəbər verir ki, bunu Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Avropa İttifaqının öz müdafiə sənayesini inkişaf etdirməsinə dair səylərin faydalı olduğunu və bu səylərin NATO-nun mərkəzi rolunu aşındırmayacaq şəkildə, Aİ üzvü olmayan ölkələri də əhatə etməli olduğunu qeyd edib.

Ərdoğan Aİ-nin Türkiyə ilə Şengen vizası ilə bağlı məsələnin yenidən nəzərdən keçirilməsinin lazım olduğunu əlavə edib. O, Türkiyənin Avropanın enerji təchizatında önəmli rol oynadığını vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin