Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Thales” nümayəndəsi Erik Huber açıqlamasında bildirib: “Bu sahədə 50 ildən çox təcrübə ilə “Thales” daha təhlükəsiz səmaya töhfə verməklə, hava hərəkətinə nəzarət radarları bazarında ən son yeniliklərə öncülük etmək üçün davamlı olaraq sərmayə qoyur”.
O, TRAC SIGMA-nın imkanlarını vurğulayıb.
Radar getdikcə sıxlaşan hava məkanı problemlərini həll etməklə, həm mülki, həm də hərbi hava hərəkətinə nəzarət əməliyyatlarını dəstəkləyir.
L-diapazonda fəaliyyət göstərən TRAC SIGMA 300 kilometrə qədər məsafədə kiçik hava platformalarını aşkar etmək və fərqləndirmək qabiliyyətinə malikdir.
TRAC SIGMA-nın dizaynına yüksək və ya alçaq hündürlüklərdə və uzun məsafələrdə hava platformaları üçün 3D sensoru daxildir.
Sevinc Əliyeva
Ordu.az