Türkiyədə genişmiqyaslı “FETÖ” əməliyyatı – 100-dən çox həbs olunan var

2018/08/thumbs_b_c_f8adf8c81d08f101a47dd1befaa4e4a3_1533884718.jpg
Oxunub: 484     10:01     16 May 2025    
Türkiyənin 27 vilayətində paralel olaraq FETÖ terror təşkilatına qarşı irimiqyaslı əməliyyat keçirilib.

Ordu.az xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz “X” səhifəsində məlumat yayıb.

Əməliyyatların gedişində jandarm qüvvələri prokurorluq orqanı əməkdaşları ilə birgə müxtəlif idarələrə daxil olaraq şübhəliləri saxlayıb.

Məlumata əsasən, reydlər Aksaray, Ankara, Aydın, Bursa, Çanakkale, Çorum, Ədirnə, Elazığ, Ərzurum, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Karaman, Kars, Kırklareli, Kocaeli, Konya, Kütahya, Mardin, Ordu, Osmaniye, Sakarya, Samsun, Şanlıurfa və Tekirdağda aparılıb. Ümumilikdə 101 nəfərin saxlanıldığı bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FETÖ   Türkiyə  


Bizi "telegram"da izləyin