Türkiyə XİN rəhbəri ABŞ nümayəndə heyətinin İstanbula gəldiyini təsdiqləyib

2025/01/1737554138.jpg
Oxunub: 427     15:44     15 May 2025    
Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Ordu.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Antalyada NATO XİN rəhbərlərinin qeyri-formal görüşündən sonra brifinqdə deyib.

Nazir bildirib ki, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə güclü ikitərəfli əlaqələri var.

“Biz savaşın başından bu yana ədalətli sülhə ancaq danışıqlar yolu ilə nail olunacağı fikrini müdafiə edirik. Bu gün Ukrayna Prezidenti Zelenski Ankarada prezidentimizlə görüşür. Rusiyadan gələn heyət İstanbuldadır. ABŞ-dan da nümayəndə heyəti gəlib. Sülh üçün lazımi iradə nəhayət ortaya qoyulub. Tərəflərin mövqeyi arasında razılıq əldə edilərsə, sülh yolunda mühüm addım atılmış olacaq. Ümidli olmaq üçün kifayət qədər səbəbimiz var. Ədalətli sülhə nail olunacaq”, - Türkiyə XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio rəhbərlik edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   İstanbul  


Bizi "telegram"da izləyin