Fidan: "Ukraynada davamlı sülhə nail olunacağına inanıram"

2025/05/1746851823.jpg
Oxunub: 424     15:44     15 May 2025    
Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Ordu.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO XİN rəhbərlərinin Antalyadakı qeyri-rəsmi toplantısından sonra mediaya brifinqdə deyib.

Türkiyə XİN rəhbəri deyib ki, Türkiyə müharibənin əvvəlindən etibarən bu münaqişənin yalnız müzakirə yolu ilə həll ediləcəyi fikrini dəstəkləyib: "Üstəlik, münaqişənin həlli üçün ev sahibliyi edə biləcəyimizi ifadə etmişik".

Fidan Ukrayna Prezidenti Volodimir Zelenskinin və Rusiya nümayəndə heyətinin hazırda Ankarada olduğuna da toxunub: "Sülh üçün lazımi iradənin, nəhayət, ortaya çıxdığı düşüncəsindəyik. Mən davamlı sülhə nail olunacağına inanıram".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Ukrayna  


Bizi "telegram"da izləyin