Rütte: "Rusiya İstanbula aşağı səviyyəli nümayəndə heyəti göndərib"

2024/02/1707988871.jpg
Oxunub: 444     15:40     15 May 2025    
NATO-nun baş katibi Mark Rütte İstanbulda Rusiya-Ukrayna danışıqlarında Moskvanı təmsil edən Rusiya nümayəndə heyətinin tərkibindən narazıdır.

Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, o, bunu Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekununa dair mətbuat konfransında bildirib.

"Rusiya aşağı səviyyəli nümayəndə heyəti göndərib", - o qeyd edib.

Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir, o, 2022-ci ilin yazında da İstanbulda Rusiya danışıqçılar qrupuna başçılıq etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   İstanbul  


Bizi "telegram"da izləyin