Ankarada Ərdoğan və Zelenski arasında danışıqların gündəliyi açıqlanıb

2025/05/1747301119.jpg
Oxunub: 424     13:17     15 May 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası bu gün Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə planlaşdırılan danışıqların gündəliyi barədə məlumat verib.

Ordu.az Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altunun bəyanatına istinadən bildirir ki, Rusiya-Ukrayna münaqişəsi əsas mövzu olaraq qalır.

Liderlər münaqişə ilə bağlı son hadisələri və onun həlli yollarını ətraflı müzakirə edəcəklər. Prezident Ərdoğan atəşkəs və sülh danışıqları ilə bağlı çağırış etmək niyyətindədir.

Həmçinin, Türkiyə və Ukrayna arasında ikitərəfli gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ankara   Ərdoğan   Zelenski  


Bizi "telegram"da izləyin