Ordu.az xəbər verir ki, Bayraktar Türkiyə istehsalı zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) dünyada döyüş paradiqmasını dəyişdiyini bildirib.
“Türkiyə quru qoşunlarının istifadə etdiyi zərbə PUA-ları zərbə PUA-larının dünyada qazandığı ilk müharibənin qəhrəmanları oldu. Bu gün dənizlərimizdə də buna bənzər bir transformasiya yaşanır”, - deyə o qeyd edib.
Bayraktar qısa uçuş-enmə zolaqlı gəmilərdən avtomatik qalxıb enə bilən “Bayraktar TB3” PUA-sının uğurunu vurğulayıb.
“Qədim zamanlarda əcdadımız necə gəmiləri qurudan daşıyaraq, amfibiya əməliyyatlarənda bir paradiqma dəyişikliyi etmişdisə, bu gün də TB3 qısa uçuş-enmə zolağına malik gəmilərdən avtomatik şəkildə havaya qalxıb, hədəflərə hücum edərək, dəniz döyüşündə yeni bir dövrün əsasını qoydu”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az