MİLDEN və TF-2000 layihələrinin rəsmi olaraq icrasına başlanması barədə qərar qəbul edilib

2025/05/1747298678.jpg
Oxunub: 457     14:43     15 May 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün “Denizkurdu-II/2025” təlimləri çərçivəsində etdiyi çıxışda Türkiyənin müdafiə sənayesindəki kritik layihələri ilə bağlı əhəmiyyətli açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Görgün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Müdafiə Sənayesi İcraiyyə Komitəsinin son iclasında Milli Sualtı Qayıq (MİLDEN) və TF-2000 hava hücumundan müdafiə döyüş esminesi layihələri ilə bağlı ilkin qərarların alındığını açıqlayıb.

Türkiyənin müdafiə texnologiyaları sahəsində əldə etdiyi irəliləyişlərə diqqət çəkən Görgün qeyd edib: “Müdafiə sənayemiz gənc və məhsuldar əhalisi ilə birlikdə qəhrəman ordumuzun ehtiyaclarını ən qısa zamanda və sahədə ən yüksək məhsuldarlıqla qarşılamaq üçün səylə çalışır”.

Çıxışında “Bayraktar TB3” pilotsuz uçuş aparatının imkanlarına da toxunan Görgün bildirib: “TB3 onlarla missiya kompüteri, qabaqcıl proqram və aparat sistemləri ilə sahədə üstünlük təmin etmək üçün hazırlanıb. Bu cür texnoloji məhsullar digər sistemlərlə koordinasiyada çalışaraq, sahədəki effektivliyimizi daha da artıracaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MİLDEN   TF-2000  


Bizi "telegram"da izləyin