“Bayraktar TB3” Türkiyə HDQ üçün yeni doktrinaları həyata keçirəcək

2025/05/1747293599.jpg
Oxunub: 507     15:18     15 May 2025    
Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Ercüment Tatlıoğlu 6-17 may tarixləri arasında Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Şərqi Aralıq dənizində 120 gəmi, 85 hava elementi və 22,700 nəfər şəxsi heyətin iştirakı ilə keçirilən “Denizkurdu-II/2025” təlimi ilə bağlı mühüm açıqlamalar verib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Admiral Tatlıoğlu bildirib ki, təlimin ən diqqət çəkən məqamlarından biri Türkiyənin yerli və milli dəniz idarə olunan raketi “Atmaca” ilə ilə həyata keçirilən atış olub.

“Biz bu atışı daha əvvəl də sualtı qayıqımızdan uğurla həyata keçirmişik. Bu gün “TCG Anadolu”dan havaya qalxan TB3 Pilotsuz Uçuş Aparatlarımızla (PUA) real hədəflərə atışlar etdik. TB3-lər təkcə gəmilərdə yerləşdirilməyib, həm də dəniz döyüşlərinin yeni dövrünü açıb”, - deyə o qeyd edib.

Tatlıoğlu TB3-lərin təklif etdiyi yeni əməliyyat imkanlarına da diqqət çəkib.

“Bu platformalar amfibiya əməliyyatları, sualtı qayıq əleyhinə PUA əməliyyatları və sürü insansız dəniz platformalarının PUA-lar tərəfindən idarə edilməsi kimi bir çox yeni doktrinanın tətbiqində qabaqcıl rol oynayır”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   Bayraktar-TB3  


Bizi "telegram"da izləyin