Türkiyə Müdafiə Sənayesi 2025 Yol Xəritəsi Müəyyən Olundu: Yeni Layihələr Təsdiq Edildi

2025/05/1747292808.jpg
Oxunub: 512     15:32     15 May 2025    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kompleksində Müdafiə Sənayesi İcraiyyə Komitəsinin 2025-ci ildəki ilk iclası keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Toplantıda Türkiyə müdafiə sənayesinin 2024-cü il üçün fəaliyyəti və gələcəklə bağlı strateji hədəfləri qiymətləndirilib.

Yerli və milli müdafiə sənayesinə verilən dəstəyin bundan sonra da davam etdiriləcəyi vurğulanıb. Sonra Milli Müdafiə və Daxili İşlər nazirliklərinin ehtiyacları üçün həyata keçirilən və planlaşdırılan layihələr müzakirə edilib.

İclasda qərara alınan əsas layihələr aşağıdakılardır:

- Sürü qabiliyyətinə malik kamikadze Pilotsuz Uçuş Aparatı (PUA) və insansız dəniz platformaları
- “Hava-hava”, “hava-yer” hücumları və Hava Hücumundan Müdafiə (HHM) təzyiqi missiyaları üçün Pilotsuz Döyüş Təyyarəsi layihəsi
- Aşağı, orta və yüksək hündürlükdə HHM sistemlərinin kütləvi istehsalı
- Uzun mənzilli raket sistemlərinin kütləvi istehsalı layihələri
- Güc multiplikatoru yaradacaq yeni nəsil mərmi inkişaf etdirmə işləri
- Qabaqcıl HHM imkanları təklif etmək üçün TF-2000 HHM Döyüş Esminesi layihəsi
- Türkiyəni öz sualtı qayıqlarını dizayn edə və istehsal edə bilən ölkələr sırasına gətirəcək Milli Sualtı Qayıq (MİLDEN) layihəsi
- Kosmosa müstəqil çıxışı artırmaq üçün layihələr
- Əlavə “T625 Gökbey” Ümumi Məqsədli Helikopteri üçün kütləvi istehsal prosesi
- Radioelektron mübarizə imkanlarının inkişafı üçün satınalma və “Ar-Ge” layihələri
- Kritik obyektləri və əraziləri PUA təhlükələrindən qorumaq üçün müdafiə sistemləri
- Əlavə zərbə PUA-larının və onların alt sistemlərinin satın alınması
- Zirehli personal daşıyıcısı, xilasetmə maşınları və müxtəlif quru platformaları layihələri
- Kamikaze quru platformalarının inkişafı layihələri
- Müxtəlif simulyatorların və elektro-optik sistemlərin satın alınması


Görüşün sonunda Türkiyə müdafiə sənayesinin gəldiyi nöqtədən məmnunluq ifadə olunub. 2025-ci ildə işlərin daha böyük əzmlə davam etdiriləcəyi bildirilib, yerli və milli texnologiyalarla əldə olunan tərəqqinin əzmlə davam etdiriləcəyi vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-Sənayesi  


Bizi "telegram"da izləyin