Ordu.az xəbər verir ki, şirkətin səhmləri son bir neçə gündə 40 faiz dəyər qazanıb.
“Bulgarian Military” internet saytında yer alan xəbərə görə, bu artımda xüsusilə Hindistan və Pakistan arasında son sərhəd gərginliyi zamanı J-10C-nin effektiv istifadəsi təsirli olub. Pakistan Hərbi Hava Qüvvələrinin J-10C təyyarəsi ilə bəzi Hindistan döyüş təyyarələrini zərərsizləşdirə bilməsi təyyarənin əməliyyat gücünə marağı artırıb.
J-10C-nin təkmil radar sistemləri, radioelektron mübarizə imkanları və uzun mənzilli “hava-hava” raketləri Çinin müasir döyüş təyyarələri istehsalında irəliləyişini nümayiş etdirir.
Analitiklər J-10C-nin bu sahədəki performansının Çin müdafiə sənayesi məhsullarına beynəlxalq marağı artıra biləcəyini və bu marağın səhm dəyərlərinin yüksəlməsinə dəstək verə biləcəyini söyləyirlər. Xüsusilə Cənubi Asiya və Yaxın Şərqdə asimmetrik çəkindirmə strategiyası izləyən ölkələrin J-10C kimi çoxməqsədli platformalara müraciət edə biləcəyi bildirilir.
Qeyd edək ki, Çin 2022-ci ildə Pakistana J-10C təyyarələri ixrac etməyə başlayıb və bu təyyarələr qısa müddətdə regionda hava qüvvələri balansı ilə bağlı müzakirələrin mərkəzinə çevrilib.
Sevinc Əliyeva
Ordu.az