Kenyada deputata sui-qəsd olunub

2025/05/kenia-1746098950.jpg
Oxunub: 461     15:26     01 May 2025    
Kenyanın paytaxtı Nayrobidə deputat Çarlz Onqondo Verezə suiqəsd olub.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, naməlum silahlılar küçənin ortasında onun avtomobilinə atəş açaraq qətlə yetiriblər. Silahlı hücum zamanı avtomobildə olan sürücü və cangüdən xəsarət almayıb.

Qeyd edilir ki, müxalif cəbhədən olan deputat ölümündən iki ay əvvəl həyatına ciddi təhlükənin olduğu barədə mətbuata açıqlama vermişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kenya   Sui-qəsd  


Bizi "telegram"da izləyin