İran Almaniya, Böyük Britaniya və Fransa ilə Romada görüşə razılıq verib

2023/11/1700110817.jpg
Oxunub: 443     17:09     29 Aprel 2025    
İran "Avropa üçlüyü" ölkələrinin (Almaniya, Böyük Britaniya və Fransa) təklifini qəbul edib və onun nümayəndələri ilə görüşməyə razılıq verib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün “Baghdad today” xəbər portalı məlumat yayıb.

İran XİN-dəki mənbə bildirib ki, Fransa, Britaniya və Almaniya Romada ABŞ tərəfi ilə dolayı danışıqlar ərəfəsində İran XİN nümayəndələri ilə görüş təşkil etməyi xahiş ediblər.

Bildirilib ki, Tehran bu təklifi təsdiqləyib və "Avropa üçlüyü"nə belə bir görüşün mayın 2-də, ABŞ ilə gözlənilən dördüncü məsləhətləşmə raundundan bir gün əvvəl keçirilə biləcəyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Almaniya   Britaniya   Fransa  


Bizi "telegram"da izləyin