ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməməsinin səbəbi açıqlanıb

2025/04/1745485379.jpg
Oxunub: 551     18:09     27 Aprel 2025    
ABŞ Administrasiyası Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə sülh prosesini təhlükə altında qoymaq istəmədiyi üçün Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməyəcək.

Ordu.az-ın xəbərinə görə, bunu ABŞ dövlət katibi Marko Rubio “NBC News” telekanalına müsahibəsində bildirib.

Dövlət katibi diplomatik səylərlə tərəflərin mövqelərinin yaxınlaşmasına nail olacaqlarına ümid etdiklərini söyləyib. Marko Rubio qeyd edib ki, sanksiyalar tətbiqi Ukrayna münaqişəsinin sülh yolu ilə tənzimlənməsindən uzaqlaşmaq demək olar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Sanksiya  


Bizi "telegram"da izləyin