Ukrayna və NATO müdafiənin gücləndirilməsini müzakirə edib

2025/01/1736226705.jpg
Oxunub: 561     04:42     27 Aprel 2025    
Kiyevdə NATO-Ukrayna birgə təhlil, təlim və təhsil mərkəzinin yüksək nəzarət şurasının iclası keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər mərkəzin fəaliyyətinin strateji məsələlərini və əvvəlki təşkilati tapşırıqların icrasını müzakirə ediblər.

Əsas diqqət müdafiənin gücləndirilməsi, dayanıqlığın inkişaf etdirilməsi və döyüş meydanındakı təhdidlərə qarşı innovasiyalara yönəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO  


Bizi "telegram"da izləyin