Rusiya Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazırdır

2024/02/1707548925.jpg
Oxunub: 515     18:20     26 Aprel 2025    
Rusiya Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazırdır.

Ordu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Dünən Uitkoffla söhbəti zamanı Vladimir Putin Rusiya tərəfinin heç bir ilkin şərt olmadan Ukrayna ilə danışıqlar prosesini bərpa etməyə hazır olduğunu təkrarladı", - mətbuat katibi bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 25-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin