Ordu.az xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb.
Bildirilib ki, göyərtəsində rusiyalı kosmonavtlar – Aleksey Ovçinin, İvan Vaqner, habelə NASA-nın astronavtı Donald Petitin olduğu “Soyuz MS-26” kosmik gəmisi Qazaxıstana uğurlu eniş edib. Yerin orbitinə daxil olma və eniş normal olduğu qeyd olunub.
Ekipaj üzvləri kosmik stansiyada ötən ilin sentyabrın 11-dən çalışırdı.
Ordu.az