Ordu.az xəbər verir ki, bu barədə husilərin formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria “Al Masirah” telekanalının efirində söyləyib.
“Hava hücumundan müdafiə qüvvələrimiz Səna əyalətinin hava məkanında düşmən tapşırıqları yerinə yetirən ABŞ-nin “MQ-9” pilotsuz uçuş aparatını vurmağa müvəffəq olub. Uçuş aparatı yerli istehsal olan “yer-hava” sinifli raketlə məhv edilib”, – hərəkatın nümayəndəsi deyib.
Sarianın iddiasına görə, bu, son 24 saat ərzində husilər tərəfindən Yəmən hava məkanında məhv edilmiş ikinci “MQ-9 Reaper”dir. Hərəkatın nümayəndəsinin sözlərinə görə, ümumilikdə Yəmən üsyançıları 2023-ci ilin oktyabrında Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən bəri bu tipli 21 Amerika dronunu vurublar.
ABŞ Konqresinin tədqiqat xidmətinin məlumatına görə, hər bir aparatın dəyəri təxminən 30 milyon dollar təşkil edir.
Ordu.az