İlon Mask Hindistana səfər etməyi planlaşdırdığını açıqlayıb

2025/03/1741584364.jpg
Oxunub: 555     15:01     19 Aprel 2025    
Amerikalı biznesmen İlon Mask bu ilin sonunda Hindistana səfər etməyi planlaşdırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Mask bu barədə Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar apardığı məlum olandan bir gün sonra bildirib.

“Bu ilin sonunda Hindistana səfər etməyi səbirsizliklə gözləyirəm!”, - Mask Modinin postunu retvit edərək “X” sosial şəbəkəsində yazıb.

N.Modi, öz növbəsində cümə günü “X” sosial şəbəkəsində texnologiya və innovasiya sahəsində əməkdaşlıq imkanlarıyla bağlı Mask ilə apardığı dialoqdan bəhs edib. Lakin bu danışıqların dəqiq tarixi göstərilməyib.

Xatırladaq ki, Modinin Vaşinqtona səfəri bu ilin fevralında baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlon-Mask   Hindistan  


Bizi "telegram"da izləyin