Niderland xüsusi təyinatlılar üçün yeni sualtı çatdırılma platformaları axtarır

2025/04/1744795432.jpg
Oxunub: 569     16:23     19 Aprel 2025    
Niderland Müdafiə Nazirliyinin Material və İnformasiya Komandanlığı (COMMIT) Dəniz Xüsusi Əməliyyat Qüvvələri (NLMARSOF) üçün yeni nəsil sualtı çatdırılma platformalarının (SDV) satın alınması ilə bağlı sənayeyə Məlumat Sorğusu (RFI) verib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Prosesin sonrakı mərhələlərində rəsmi tenderin elan ediləcəyi gözlənilir.

Hal-hazırda NLMARSOF ABŞ-də yerləşən STIDD firmasının dalış hərəkət cihazlarını (DPD) qurudan, gəmilərdən və “Walrus” sinfinə məxsus sualtı qayıqlarda istifadə edir.

SDV sinfində isə JFD istehsalı olan 4 nəfər tutumlu “Shadow Seal” modellərinə üstünlük verilir. Bu platformalar 2019-cu ildə Britaniya şirkəti JFD tərəfindən alınmış, Niderlandda yerləşən “Ortega Submersibles BV” şirkətinin MK1 modelinin bazası əsasında hazırlanıb.

COMMIT tərəfindən müəyyən edilən texniki şərtlərə görə, yeni SDV-lər ən azı 4, ən çox isə 8 dalğıc və onların avadanlıqlarını daşımaq qabiliyyətinə malik olmalıdır. Daxili hava sistemi baxımından, platformalar hər bir heyət üçün 240 dəqiqə nəfəs alma müddətini təmin edəcək dalış boruları ilə təchiz edilməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   NLMARSOF   SDV  


Bizi "telegram"da izləyin