Ordu.az bu barədə Ağ Ev rəhbərinin sosial şəbək platformasında paylaşdığı yazıya istinadən xəbər verir.
"Məhkəmə sistemi ölkəmizin bir çox yerlərində iflasa uğrayıb, Nyu-York və Vaşinqton isə korrupsiya və radikalizmin mərkəzinə çevrilib. Bu saxtalaşdırılmış sistemi dərhal araşdırmaq lazımdır, yoxsa çox gec olacaq!", - o, qeyd edir.
Amerika lideri xüsusilə, hakim Ceyms Boasberqi "son dərəcə qərəzli" adlandırıb. Qeyd edək ki, hakim Boasberq daha əvvəl ABŞ-dən kütləvi deportasiyaların dayandırılması və miqrantları daşıyan bütün reyslərin geri qaytarılması barədə qərar vermişdi.
Ordu.az