Türkiyə 2 ədəd “Akıncı” zərbə PUA-sını Somali ordusuna təhvil verib

2025/03/1743057858.jpg
Oxunub: 636     19:08     27 Mart 2025    
Türkiyə 2 ədəd “Baykar Bayraktar Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatını (PUA) Somali ordusuna təhvil verib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, A400M nəqliyyat təyyarəsi ilə həyata keçirilən tədarük Somalinin terrorla mübarizə imkanlarını gücləndirmək məqsədi daşıyır.

Somali ordusu “Əş-Şəbab” təşkilatının artan hücumlarına qarşı hava gücünü artırmaq üçün “Akıncı” zərbə PUA-sını inventarına əlavə edib.

Somali müdafiə naziri Abdulkadir Muhammed Nur sosial media hesablarından verdiyi açıqlamada Türkiyənin A400M hərbi nəqliyyat təyyarəsi ilə daşınan Türkiyə istehsalı 2 ədəd PUA-nın Somaliyə təhvil verdildiyini təsdiqləyib.

Nur daha əvvəl Somalinin ədliyyə naziri vəzifəsində çalışıb və Türkiyə ilə əlaqələrin gücləndirilməsində mühüm rol oynayıb.

“Əsl qardaş çətin anlarda üzə çıxır. Türkiyə xarici işğalçılara qarşı mübarizə aparan Somali xalqına bir daha misilsiz yardım etdi”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Akıncı   PUA   Somali  


Bizi "telegram"da izləyin