Ordu.az xəbər verir ki, Fransa müdafiə sənayesi şirkəti MBDA tərəfindən hazırlanan bu raket gələcəyin “hava-yer” raket sistemləri arasında mühüm yer tutacaq.
Sınaq buraxılışı Fransa Müdafiə Nazirliyinə bağlı DGA Raket Sınaq Mərkəzi tərəfindən “Cazaux” bazasında həyata keçirilib.
Daha öncə yerdən həyata keçirilən sınaqlarda idarəetmə sistemi və mühərrik performansı təsdiqlənən “Akeron LP” bu dəfə hava platformasından atılıb.
Rəsmilər sınağın əsas məqsədinin “Tiqre” helikopterinin rotorundan yaranan hava cərəyanlarının raketin təhlükəsiz atışına təsirini ölçmək olduğunu bildirib.
Uğurla tamamlanan sınaq raketin helikopterdən təhlükəsiz şəkildə ayrıla və hədəfə doğru istiqamətləndirilə bildiyini göstərib.
Sevinc Əliyeva
Ordu.az