Niderland ordusunun şəxsi heyətinin sayını 200 minə çatdırmağı planlaşdırır

2025/03/1742563950.jpg
Oxunub: 494     17:01     21 Mart 2025    
Niderland ehtiyat imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirməklə ordusunun şəxsi heyətinin sayını 74 mindən 200 minə çatdırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Niderlandın NOS ictimai teleşirkətinə istinadən məlumat yayıb.

Bununla belə, NOS bu məqsədə nail olmaq üçün vaxt çərçivəsi göstərməyib.

Niderland hökumətinin məlumatına görə, ölkə ordusu hazırda 42 305 peşəkar hərbçi, 24 212 həqiqi hərbi qulluqçu və 7 483 ehtiyatda olan hərbçidən ibarətdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Ordu  


Bizi "telegram"da izləyin